83 dövlət əmlakı özəlləşmədə - Vaxt açıqlandı


Digərləri 09 Okt 2019 02:57:49 329 0

83 dövlət əmlakı özəlləşmədə - Vaxt açıqlandı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilən növbəti özəlləşdirmə hərracına onlayn seçim və sifariş artıq başlayıb.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilən növbəti özəlləşdirmə hərracına onlayn seçim və sifariş artıq başlayıb. Komitədən Trend-ə bildirilib ki, noyabrın 5-i baş tutacaq bu hərracda investorların, iş adamlarının, vətəndaşların ümumilikdə 83 dövlət əmlakı üzrə seçim imkanı var. Noyabrın ilk hərracına çıxarılan dövlət əmlaklarına müxtəlif regionlarda yerləşən kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahələri, yarımçıq tikililər aiddir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 12.2 kv.m ilə 2997 kv.m arasındadır. Fərqli iqtisadi sahələr üzrə fəaliyyət potensialı olan kiçik dövlət müəssisələrinə əmlak kompleksləri, ticarət, istehsal, xidmət obyektləri və digər əmlaklar aiddir. Elan edilən bu hərracda ən yüksək ümumi faydalı sahəsi olan müəssisə Balakən şəhəri, 28 May küçəsindəki əmlak kompleksidir. Dövlət obyekti 95 min kv.m-ə yaxın torpaq sahəsi ilə birgə hərraca çıxarılıb.