Özbəkistanda 20 milyon dollara teleserial çəkiləcək


Digərləri 09 Okt 2019 02:30:00 305 0

Özbəkistanda 20 milyon dollara teleserial çəkiləcək

Gələn il Özbəkistanda "Sultana" adlı tarixi televiziya serialının çəkilişlərinə başlanılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, birinci mövsümdə çəkiləcək 6 hissənin büdcəsi 20 milyon dollardır. Sonra isə ikinci mövsümün büdcəsi tutulacaq və o da təxminən bu qədər olacaq.

"Özbəkturizm" Dövlət Agentliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu fikirlər serialın çəkilişləri ilə bağlı Daşkənddə "Star Media" şirkətinin baş prodüseri Vladislav Ryaşin və onun tərəfdaşı, tanınmış Fransa-Amerika prodüseri Jan Şarl Levi ilə görüşdə səslənib.

Tarixi serialın çəkilişləri Səmərqənd, Buxara və Xivə şəhərlərində aparılacaq, aktyorların əksəriyyəti Hollivuddan gətiriləcək. Serial ingilis dilində səslənəcək, sonra özbək və digər dillərə tərcümə olunacaq. Hadisələr XVII əsrdə bu qədim şəhərlərdə cərəyan edir.

(adsgarden = window.adsgarden || []).push({});