Karvanı quldurlardan kim xilas etdi?


Digərləri 08 Okt 2019 23:40:00 255 0

Karvanı quldurlardan kim xilas etdi?

Ağa Mirzə Əli nəql edir: "Böyük karvanla birlikdə Yəzddən Kərbəlaya yola düşmüşdüm. Yolda dağlıq bir yerə gəlib çatdıq. Ensiz bir yoldan keçməli idik. Axşam idi, ona görə də gecəni orada düşərgə qurduq. Dəvələr istirahət edirdi. Hər bir ailə bir hücrədə yer alıb qalırdı. Mən də yüklərimizi endirərkən, xanımım mənə dedi: "Ağa Mirzə!".

Dedim: "Bəli".

Xanım dedi: "Sanki karvanbaşı insanları çağırır. Görəsən nə işi vardır?".

Son.az deyerler.org-a istinadən bildirir ki, həyətə daxil olduq. Kişilər orada toplaşmışdılar. Karvanbaşı nədənsə nigaran görünürdü. Danışmağa başladı və aram səslə dedi: "Sabah o dar yoldan keçməliyik. Mən oğruların hücumundan çox narahatam. İndiyə qədər çox karvana hücum ediblər. Bizim karvanın gözətçisi yoxdur. Onlar isə rəhmsizdirlər və imanları yoxdur. Daha çox canlarımıza görə qorxuram. Oila bilsin ki, qadınlara və uşaqlara da ziyan vursunlar".

Bir nəfər soruşdu: "Bəs başqa yol yoxdur?".

Karvanbaşı dedi: "Vardır, ancaq o zaman yolumuz uzanacaqdır. Qadınların və uşaqların gücü çatmaz. Bunun üçün sizə bir təklifim vardır. Əgər yerinə yetirsək, bəlkə salamat gedib çıxarıq".

Soruşdular ki, təklifin nədir?

Karvanbaşı dedi: "Bu gecə Ay bütovdur və ona görə də yol aydın görünür. Əgər razı olsanız, gecəni bu dar yoldan keçərdik və sübh namazına artıq həmin yolu arxada qoymuş olarıq. Oğruları bu yolla aldatmış olarıq. Onlar adətən gündüzlər hücum edirlər.

Nəzəriniz nədir? Razısınızmı?".

Hamı susdu və karvanbaşı dedi ki, sükut - razılıq əlamətidir: "Onda namazlarınızı qılın, yeməyinizi yeyin və dəvələrinizi yedizdirin. Gecə yarısı yola düşəcəyik".

Hücrəmə qayıtdım. Körpə uşağım yatmışdı. Xanım məndən soruşdu: "Karvanbaşı nə dedi?".

Dedim: "Gərək gecə yarısı yola düşək".

Xanım dedi: "Gecə?".

Dedim: "Bəli".

Dedi: "Məgər Allah gündüzü sizdən almışdır?".

Dedim: "Oğruların hücumuna görədir".

Xanım qorxaraq dedi: "Gecə yola düşsək, quldurlar xəbər tutmayacaqdır?".

Dedim: "Bəli".

Gecə yarısı gəlib çatdı və hamı dəvələrini yükləyib, yola düzəldi. Bir saat sonra artıq dar yola çatmışdıq. Mən dəvənin yüyənini tutmuşdum və xanım kəcavənin içində körpəyə süd verirdi. Ay bütün yolu işıqlandırmışdı. Yolun iki tərəfində şölə gördük və karvanbaşı əmr etdi ki, dayanaq. Həmin şölələr yaxınlaşmağa başladı.

Karvanbaşı qışqırdı: "Quldurlar! Ehtiyatlı olun!".

Qayıtmaq istədik, ancaq alınmadı.

(adsgarden = window.adsgarden || []).push({});