Tesla rüb ərzində təxminən 100 minə yaxın avtomobil satıb


Digərləri 08 Okt 2019 23:10:00 254 0

Tesla rüb ərzində təxminən 100 minə yaxın avtomobil satıb

Tesla şirkəti üçüncü rübün yekunları üzrə elektromobillərin tədarükünə dair hesabat dərc edib. Xatırladaq ki, Tesla zavodun hüdudlarından kənara çıxanları deyil, yalnız alıcıya birbaşa çatdırılan maşınları nəzərə alır.

Son.az ted.az-a istinadən bildirir ki, üçüncü rüb şirkət üçün rekord nəticə olub. Hesabat dövründə Tesla 97 000 avtomobil sata bilib.  

Rüb ərzində 16 318 ədəd Model S və Model X və 79 837 Model 3 avtomobili istehsal olunub. Müvafiq olaraq müştərilərə bu zaman 17 400 və 79 600 ədəd maşın çatdırılıb. İstehsal olunan maşınların sayını (əvvəlki modellər üçün) üstələyən təchizatlara təəccüblənmək lazım deyil: sadəcə, bu rübdə ötən rübün sonunda istehsal olunan avtomobillər müştərilərə çatdırılıb.

Tesla-nın son rekordu bu ilin ikinci rübündə, istehsal olunmuş 87 048 və müştərilərə çatdırılan 95 200 avtomobillə müəyyən edilib.

(adsgarden = window.adsgarden || []).push({});