Audi A5 ailəsini yeniləyib FOTO


Digərləri 08 Okt 2019 23:01:00 265 0

Audi A5 ailəsini yeniləyib  FOTO

Bu gün Audi şirkəti yenilənmiş A5 ailəsini təqdim edib. Yenilənmə nəticəsində avtomobilin dizaynında müəyyən dəyişikliklər baş vermiş və avadanlıq siyahısı genişləndirilmişdir. Yenilənmiş A5 ailəsinin Avropa bazarındakı satışlarına yaxın aylarda start veriləcəkdir.

Restaylinq keçmiş Audi A5 ailəsini yeni radiator barmaqlığı, kənarlarında iri hava girişləri olan ön bamperi, yeni kandarlar və səsboğucu sistemin trapesiyaşəkilli çıxış boruları olan yeni diffuzor sayəsində tanımaq olar. Radiator barmaqlığının üzərindəki kəsik isə, 1984-cü ilin Audi Sport Quattro modelinə göstərilən ehtiramın işarəsidir.

Son.az autograph.az-a istinadən bildirir ki, yenilənmiş A5 modelləri standart olaraq LED işıq texnikası ilə təchiz edilirlər. Opsiyalar arasında matrisa və lazer-lyuminofor işıqları, həmçinin dinamik işıqları olan arxa LED fənərlər vardır. Modellər üçün 12 kuzov rəngi və eksteryerin iki staylinq dəsti (advanced və S line) təklif edilir. Eksteryer dəstlərini salon tərtibatının istənilən dizayner dəsti ilə uyğunlaşdırmaq mümkündür.

Yenilənmiş modellər üçüncü nəsil MIB platformasında yaradılmış MMI multimedia kompleksi ilə təchiz edilirlər. Toxunuşa akustik cavab verən əsas displey 10,1-düymlükdür. Mutimedia sistemi səslə idarəetməni, Wi-Fi və işıqforlarla qarşılıqlı əlaqəni dəstəkləyir. Sistem işıqforun işıqlarının dəyişməsi barədə məlumatı 12,3-düymlük virtual cihazlar panelində əks etdirir. Naviqasiya sistemi isə, əvvəlki marşrutları nəzərə alaraq, yeni marşrut təklif edir.

A5/S5 ailəsinin mühərrik çeşidinə 12-voltluq startyor-generatoru olan dördsilindrli benzin və dizel mühərrikləri, həmçinin 3,0-litrlik V6 turbodizeli daxil edilib. Sonuncu həm adi, həm də elektrik kompressoru və  48-voltluq startyor-generatoru olan variantda təklif edilir.

(adsgarden = window.adsgarden || []).push({});