Ürəkdə xəstəliyin olduğunu göstərən 8 əlamət –


Digərləri 08 Okt 2019 23:05:00 263 0

Ürəkdə xəstəliyin olduğunu göstərən 8 əlamət –

Bədənimizin ən önəmli orqanı olan ürəyimizin sağlamlığını qorumaq üçün diqqətli olmalıyıq. Son illər əsasən günlük həyatımızla bağlı olan bir sıra ürək xəstəlikləri riski artıb.

Hər hansı problem yarandığı halda ürəyimiz bunu bizə kiçik siqnallarla ötürür. Lakin biz bu siqnallara nə dərəcədə diqqət edir və qarşısını alırıq?

Son.az medicina.az-a istinadən ürəyinizin düzgün işləmədiyini göstərən bəzi əlamətləri təqdim edir:

1.Qollarda ağrı Ürək xəstəliyinin ən vacib əlamətlərindən biri qola yayılan ağrıdır. Belə hallarda qol ağrısı kişilərdə əsasən  sol tərəfdə , qadınlarda isə hər iki qolda özünü göstərə bilər. Bəzən insanlar bunu sinir sistemi ilə əlaqələndirsə də, mütləq ürək müayinə olunmalıdır.

2.Şiddətli öskürək Bir çox xəstəlik zamanı özünü göstərən şiddətli öskürək zamanı, xüsusilə çəhrayı maye ifraz olunursa, bu ürək çatışmazlığının işarəsidir.

3.Ayaqlarda şişlər Heç bir səbəb olmadan bud, ayaqlar və ayaq biləyində şişlik yaranırsa, bu, ürək xəstəlikləri ilə əlaqəli ola bilər. Əgər qan ürəyə yaxşı vəziyyətdə ötürülmürsə, deməli, qan damarlarındakı maye toxumalara sızır. Bu da şişkinliyə səbəb olur. Belə olduqda həkimə müraciət etmək mütləqdir. Xüsusilə corab geyindiyiniz zaman ayaq biləyinizdə izi qalırsa diqqətli olmanızda fayda var.

4.Mədə bulantısı və iştahsızlıq Qaraciyər ətrafındakı həzmə yardım olan mayelər ürək xəstəlikləri zamanı özünü mədə bulantısı və iştahsızlıqla göstərir. Bu zaman qarın ağrıları müşahidə olunur. Bu narahatlıqları eyni anda keçirirsinizsə dərhal həkimə müraciət edin.

(adsgarden = window.adsgarden || []).push({});