İraq prezidenti etirazçılara qarşı hücumları qınayır


Dünya 08 Okt 2019 21:59:00 276 0

İraq prezidenti etirazçılara qarşı hücumları qınayır

İraq prezidenti Barham Salih hökümtə əleyhinə etiraz edən insanlar və mediaya hücumları qınayıb. İraqda artlq bir həftədir nümayişlər keçirilir. Nəticədə 100-dən çox insan ölüb, 6 mindən çoxu isə xəsarət alıb.

Saleh zorakılıq edənləri cinayətkar və düşmən adlandırıb və bazar ertəsi televiziyada yayımlanan çıxışında zorakılıqların dayandırılmasına çağırıb.

Saleh deyib ki, İraqda çox sayda müharibə, terror və dağıntılar olub.

Ordu bazar ertəsi Bağdadın Sədr Şəhər məhəlləsində etirazçılara qarşı "həddən artıq çox gücdən" istifadə etdiyini etiraf edib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, hökümət təhlükəsizlik qüvvələrini ərazidən yığışdırıb və növbəni polisə təhvil verib. Rəsmilər həmçinin "yanlış hərəkət edən" təhlükəsizlik xidməti işçisini məsuliyyətə cəlb etməyi vəd edib.

Bağdad və İraqın bir neçə cənub şəhərində etirazlar iş və daha yaxşı kommunal xidmət tələbləri, eləcə də 40 milyon əhalisi ola neftlə zəngin ölkədə korrupsiyaya son qoymaq çağırışı fonunda başlayıb.

İraq kabineti bazar günü etirazçılara cavab məqsədilə yeni islahat planını açıqlayıb.