ƏƏSMN İranla əməkdaşlıq məsələlərini müzakirə edib (FOTO)


Digərləri 08 Okt 2019 21:39:10 256 0

ƏƏSMN İranla əməkdaşlıq məsələlərini müzakirə edib (FOTO)

Tehranda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə İranın Kooperasiya, Əmək və Sosial Rifah naziri Məhəmməd Şəriətmədari arasında görüş olub

Bakı. Tehranda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə İranın Kooperasiya, Əmək və Sosial Rifah naziri Məhəmməd Şəriətmədari arasında görüş olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin, qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verdiyi vurğulanıb. İkitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi, bu əsasda sosial sahədə də əməkdaşlığın inkişafı üçün mühüm işlərin aparıldığı qeyd edilib. Ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan son islahatlar barədə məlumatlar verilib. Bu islahatlar prosesində Azərbaycan və İranın müvafiq nazirliklərinin ikitərəfli əməkdaşlığının əhəmiyyətindən bəhs olunub.