Azərbaycanda nikahda olmayan qadınlar nə qədər uşaq dünyaya gətiriblər?


Digərləri 08 Okt 2019 19:24:00 263 0

Azərbaycanda nikahda olmayan qadınlar nə qədər uşaq dünyaya gətiriblər?

Azərbaycanda rәsmi qeydә alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayında azalma müşahidə edilir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 2015-ci ildə rәsmi qeydә alınmamış nikahda olan qadınlar tərəfindən 24 min 38 uşaq dünyaya gətirilib.

2016-cı ildə bu rəqəm isə artaraq 26 min 288 uşaq təşkil edib. 2017-ci ildə rәsmi qeydә alınmamış nikahda olan qadınlar 22 min 796, 2018-ci ildə isə 20 min 716 nəfər uşaq dünyaya gətirib.