Türkiyə Prezidenti BU TARİXDƏ ABŞa səfər edəcək


Dünya 08 Okt 2019 20:24:00 257 0

Türkiyə Prezidenti BU TARİXDƏ ABŞa səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də ABŞ-a gələcək və burada Birləşmiş Ştatların Prezidenti Donald Trampla danışıqlar aparacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Vaşinqton administrasiyasının rəhbəri bu barədə məlumatı "Twitter" sosial şəbəkəsində paylaşıb.

"Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də mənim qonağım qismində ABŞ-a gələcək", - deyə Donald Tramp bildirib.

ABŞ Prezidenti Türkiyə-Amerika münasibətlərinin vacibliyini vurğulayaraq Ankaranı Birləşmiş Ştatların ən iri ticarət tərəfdaşlarından biri adlandırıb.

"İnsanların çoxu Türkiyənin ABŞ-in əsas ticarət tərəfdaşlarından biri olduğunu unudurlar. Düzünü desək, onlar bizim F-35 qırıcı təyyarələrimizin füzelyajı üçün polad konstruksiyalar hazırlayır. Onlarla iş görmək də yaxşıdır - onlar Suriyanın İdlib əyalətində çox sayda həyatı xilas etməkdə mənə yardımçı oldular, həmçinin mənim xahişimlə uzun müddətə azadlıqdan məhrum olunmuş keşiş Endryu Bransonu sağ-salamat geri qaytardılar. Bundan başqa, yadda saxlayın - bu çox vacibdir - Türkiyə NATO alyansının etibarlı üzvlərindən biridir", - deyə prezident qeyd edib.