Almaniyada F16 qırıcısı qəzaya uğrayıb


Dünya 08 Okt 2019 20:14:00 275 0

Almaniyada F16 qırıcısı qəzaya uğrayıb

Almaniyada F-16 qırıcısı qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, insident ölkənin qərbində Reynland-Pfaltsda baş verib.

Məlumata görə, pilot vaxtında katapult edib. Təyyarənin isə qeyri-yaşayış ərazisində düşdüyü qeyd edilir, bu səbəbdən qəza nəticəsində insan tələfatı olmayıb.

Qəzanın baş vermə səbəbi isə məlum deyil. Faktla bağlı araşdırma başlanılıb.