Bakıda 78 yaşlı qadın dəm qazından zəhərlənib öldü


Digərləri 08 Okt 2019 20:00:36 249 0

Bakıda 78 yaşlı qadın dəm qazından zəhərlənib öldü

Bakıda yaşlı qadın dəm qazından zəhərlənib.

Bakı. Samir Əli - Bakıda yaşlı qadın dəm qazından zəhərlənib. Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsi, Pravda küçəsi ev 14-də baş verib. Həmin evdə yaşayan, 1941-ci il təvəllüdlü Kərimova Nuriyyə Abdulla qızı yaşadığı evin həyətindəki yarımçıq tikilidə dəm qazından zəhərlənərək ölüb.