Daşkəsəndə qadın qonşuları tərəfindən döyüldü


Kriminal 08 Okt 2019 19:39:00 275 0

Daşkəsəndə qadın qonşuları tərəfindən döyüldü

Daşkəsəndə qonşular arasında dava olub. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Alunitdağ qəsəbəsində qeydə alınıb.

1968-ci il təvəllüdlü Bayramova Lətifə Firudin qızı dörd nəfər qonşusu tərəfindən döyülüb. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti orta-ağır qiymətləndirilir. 

Fakt araşdırılır.