Barcelona qapıçısı ilə yeni müqavilə imzalamağa hazırlaşır


İdman 08 Okt 2019 19:32:00 335 0

Barcelona qapıçısı ilə yeni müqavilə imzalamağa hazırlaşır

Barcelona qapıçısı Mark-Andre ter Stegenlə yeni müqavilə imzalamağa yaxındır.

Goal.az-ın xəbər verir ki, Kataloniya klubu alman qolkiperlə müqavilənin müddəyini uzatmaq barədə danışıqlar aparır. Danışıqların yaxın bir neçə həftə ərzində müsbət yekunlacağı gözlənilir.

Qeyd edək ki, 27 yaşlı qapıçının "Barsa" ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.