Bu il 5561 şəxs özünüməşğulluq proqramına cəlb edilib


Digərləri 08 Okt 2019 19:09:16 224 0

Bu il 5561 şəxs özünüməşğulluq proqramına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramının icrası davam etdirilir.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramının icrası davam etdirilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, xidmət tərəfindən cari ilin ötən dövrü ərzində 5561 nəfər işaxtaran və işsiz şəxs bu layihəyə cəlb edlib. Layihə iştirakçılarından 1345 nəfəri qadınlar, 1346 nəfəri əlilliyi olan şəxslər, 1070 nəfəri məcburi köçkünlər, 348 nəfəri isə ünvanlı sosial yardımı alan vətəndaşlardır.