Deputat: "Baş Nazir postuna çevik, bacarıqlı şəxsin təyin olunmasına ehtiyac var idi"


Siyasət 08 Okt 2019 18:44:00 84 0

Deputat: "Baş Nazir postuna çevik, bacarıqlı şəxsin təyin olunmasına ehtiyac var idi"

"Ölkəyə yeni Baş nazirin təyin edilməsinin bir neçə səbəbləri var və bu vaxtında atılmış addımdır".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu addım ölkədə aparılan sosial-iqtisadi islahatların yeni mərhələyə qədəm qoyması ilə də bağlıdır:

"Belə bir prosesdə bu sahəyə daha gənc və çevik, bacarıqlı şəxsin təyin olunmasına ehtiyac var idi. Ona görə də Əli Əsədovun Baş nazir təyin olunması vaxtında atılmış və düşünülmüş addımdır".

E.Nəsirov bildirib ki, Baş Nazirin dəyişdirilməsi həm də işinin öhdəsindən gələ bilməyən digər məmurlara bir mesajdır:

"Hamıya məlumdur ki, cənab Prezident İlham Əliyev hansısa şəxsi vəzifəyə təyin edərkən ona etimad göstərməklə yanaşı, həmçinin onun qarşısında öhdəliklər qoyur. Dövlət başçısı həmişə də məmurlara xalqa xidmət etməyi tapşırır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müşavirələrində bildirir ki, bütün məmurlar xalqın xidmətçiləridir, xalqa, dövlətə və dövlətçiliyə xidmət etməlidir. Dövlət başçısı bu məqsədlə vəzifəyə təyin etdiyi şəxslərə inanır və onlara hər cür dəstək olur. Həmin məmurlar etimadı doğruldarsa, islərində keyfiyyət əmsalı yüksələrsə, dövlət başçısı onlara daha yüksək post həvalə edir. Amma öhdəlikləri yerinə yetirməyən, vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən məmurlar Prezident tərəfindən dəyişdirilir. Bax, bu məsələ işinin öhdəsindən ələ bilməyən məmurlar üçün də bir siqnaldır ki, onlar yeni reallıqlara, yeni tələblərə adekvat reaksiya vermək qabiliyyətində olmalıdır. Hesab edirəm ki, Prezident İlham Əliyevin kadr siyasətinin əsasında bu amillər dayanır".

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Novruz Məmmədovun Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Əli Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.

“Sağlam məktəbli” bu dəfə Bakı və Tovuzda şagirdlərlə görüşüb (FOTO) like
  • 08 Okt 18:43  
Digərləri “Sağlam məktəbli” bu dəfə Bakı və Tovuzda şagirdlərlə görüşüb (FOTO)

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə ba

arrow Ətraflı
Gürcüstanın baş naziri Azərbaycana gəlir like
  • 08 Okt 18:39  
Siyasət Gürcüstanın baş naziri Azərbaycana gəlir

Gürcüstanın baş naziri Georgi Qaxariya oktyabrın 9-da Azərbaycana səfər

arrow Ətraflı
12ci mərtəbədə DƏHŞƏTLİ QƏTL like
  • 08 Okt 18:38  
Dünya 12ci mərtəbədə DƏHŞƏTLİ QƏTL

Rusiyanın Çita şəhərində bir şəxs öldürdüyü sevgilisinin cəsədini

arrow Ətraflı
“Cybernet” Özbəkistanda bir sıra görüşlər keçirib (FOTO) like
  • 08 Okt 18:37  
Digərləri “Cybernet” Özbəkistanda bir sıra görüşlər keçirib (FOTO)

“Cybernet” MMC-nin nümayəndələri Daşkənd şəhərinə təşkil edilmi

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 08 Okt 18:34  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Oktyabrın 9-na manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Deputat: Baş Nazir postuna çevik, bacarıqlı şəxsin təyin olunmasına ehtiyac var idi like
  • 08 Okt 18:32  
Digərləri Deputat: Baş Nazir postuna çevik, bacarıqlı şəxsin təyin olunmasına ehtiyac var idi

Ölkəyə yeni Baş nazirin təyin edilməsinin bir neçə səbəbləri var və

arrow Ətraflı
Turistlər ən çox buranı ziyarət edir like
  • 08 Okt 18:29  
Digərləri Turistlər ən çox buranı ziyarət edir

Məşhur "Columbus Direct" dünyanın ən çox turist gedən yerlərin

arrow Ətraflı
BŞBPİ piketlə bağlı məlumat yaydı like
  • 08 Okt 18:27  
Digərləri BŞBPİ piketlə bağlı məlumat yaydı

Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbayc

arrow Ətraflı
Rusiya və Türkiyə milli valyutada hesablaşma aracaq like
  • 08 Okt 18:24  
Dünya Rusiya və Türkiyə milli valyutada hesablaşma aracaq

Rusiya Maliyyə Nazirliyi ilə Türkiyə Xəzinə və Maliyyə Nazirliyi arasın

arrow Ətraflı
Qvardiola Silvaya: "Sənin ayaqların hardadır?" like
  • 08 Okt 18:24  
İdman Qvardiola Silvaya: "Sənin ayaqların hardadır?"

Manchester City-nin baş məşqçisi Pep Qvardiola İngil

arrow Ətraflı
BŞBPİ piketlə bağlı məlumat yayıb like
  • 08 Okt 18:18  
Digərləri BŞBPİ piketlə bağlı məlumat yayıb

Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbayc

arrow Ətraflı
AzTVdə yeni təyinatlar like
  • 08 Okt 18:17  
Digərləri AzTVdə yeni təyinatlar

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmd

arrow Ətraflı