“Sağlam məktəbli” bu dəfə Bakı və Tovuzda şagirdlərlə görüşüb (FOTO)


Digərləri 08 Okt 2019 18:43:00 253 0

“Sağlam məktəbli” bu dəfə Bakı və Tovuzda şagirdlərlə görüşüb (FOTO)

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirməsi istiqamətində silsilə tədbirlərini davam etdirir.

Bakı. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirməsi istiqamətində silsilə tədbirlərini davam etdirir. AQTA-dan Trend-ə verilən məlumata görə, bu istiqamətdə növbəti görüş “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhər, Binəqədi rayonu 283 saylı orta məktəb və Tovuz şəhəri A.S.Puşkin adına tam orta məktəbin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, onlara qida təhlükəsizliyi ilə bağlı hazırlanmış sosial videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin əməkdaşları tərəfindən məktəblilərə enerji içkilərinin insan orqanizminə ziyanları, konservləşdirilmiş məhsulların düzgün saxlanma qaydaları, qida məhsulalrı alarkən nələrə diqqət etməli, məktəblinin sağlam qidalanması barədə ətraflı məlumat verilib. Görüşdə məktəblilərin bir istehlakçı kimi qida təhlükəsizliyi ilə bağlı qarşılaşdıqları hər hansı problem olduqda və ya sağlam qidalanma ilə bağlı onları maraqlandıran suallar yarandıqda Agentliyin 1003 Çağrı Mərkəzinə müraciət etmələri bildirilib.