AzTVdə yeni təyinatlar


Digərləri 08 Okt 2019 18:17:00 308 0

AzTVdə yeni təyinatlar

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) kadr dəyişiklikləri olub.

Son.az AZTV.AZ-a istinadən xəbər verir ki, QSC-də baş prodüser vəzifəsində çalışan Hikmət Yaqubov tutduğu vəzifədən azad edilib. O, "Mədəniyyət" kanalında direktor müavini postuna təyin edilib.

Baş prodüser vəzifəsi TV-nin Bədii rəhbərinin müavini Nazilə Babayevaya, baş rejissor vəzifəsi isə Əməkdar incəsənət xadimi Ülviyyə Kərimovaya həvalə edilib.

Daha bir kadr təyinatı isə "İdman" kanalında olub. Belə ki, tanınmış jurnalist Rövşən Binnətli sözügedən kanalın direktor müavini təyin olunub.