Unibankın dəstəyi ilə Paralampiya komandası dünya çempionatında çıxış edir


Digərləri 08 Okt 2019 16:25:00 312 0

Unibankın dəstəyi ilə Paralampiya komandası dünya çempionatında çıxış edir

Azərbaycanın Güllə atıcılığı üzrə paralimpiya yığma komandası Dünya Çempionatında iştirak edir.

Bakı. Azərbaycanın Güllə atıcılığı üzrə paralimpiya yığma komandası Dünya Çempionatında iştirak edir. Unibankdan Trend-ə verilən məlumata görə, 7-17 oktyabr tarixlərində Avstraliyada keçiriləcək dünya çempionatında Azərbaycanı Güllə atıcılığı üzrə paralimpiya yığma komandasının baş məşqçi Əkbər Muradovun rəhbərliyi ilə iki idmançı - Yelena Taranova və Kamran Zeynalov təmsil edir. Bu yarış "Tokio 2020" VI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya xalları qazandırır. Komandanın dünya çempionatında iştirakına Unibank dəstək verir. Qeyd edək ki, Unibank 2020-ci ilədək Güllə atıcılığı üzrə paralimpiya yığma komandasının dəstəkçisidir. 3 illik rəsmi tərəfdaşlıqla bağlı “Unibank” KB və Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında müqavilə imzalanıb. Bank 2020-ci ilədək milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı olmaqla yanaşı, komandanın inkişafına da dəstək verir.