Məşhur aktrisanın vəziyyəti AĞIR OLARAQ QALIR


Dünya 08 Okt 2019 16:09:00 291 0

Məşhur aktrisanın vəziyyəti AĞIR OLARAQ QALIR

"Sevimli dayəm" serialının ulduzu Anastasiya Zavorotnyukun vəziyyəti ağır olaraq qalır.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, aktrisa son 1 ayda müalicə aldığı "Avropa Tibb Mərkəzi"dən  ailəsi tərəfindən çıxarılaraq, başqa xəstəxanaya yerləşdirilib. Bu vəziyyət onun sağalmasına dəlalət etmir, sadəcə aktrisa müalicəsinin bir mərhələsini bitirərək, digərinə keçib.

Həkimlər hələ də onun vəziyyətini ağır olaraq qiymətləndirirlər. 

Bundan əvvəl mediada aktrisanın ölümü ilə bağlı məlumatlar yayılmışdı. Onun konsert direktoru Marina Potapova isə bu şayiələri təkzib edib. Qeyd edək ki, 48 yaşlı aktrisaya ağır mərhələdə olan beyin xərçəngi diaqnozu qoyulub.