Azərbaycan milli pavilyonu «Pekin Ekspo 2019» sərgisində "Special Award"a layiq görülüb (FOTO)


Digərləri 08 Okt 2019 15:32:00 248 0

Azərbaycan milli pavilyonu «Pekin Ekspo 2019» sərgisində "Special Award"a layiq görülüb (FOTO)

Azərbaycan milli pavilyonu eksteryer-interyer konsepsiyası və dizaynına görə «Pekin Ekspo 2019» sərgisində "Special Award"a ( «Xüsusi Mükafat» - ikinci yer) layiq görülüb.

Bakı. Azərbaycan milli pavilyonu eksteryer-interyer konsepsiyası və dizaynına görə «Pekin Ekspo 2019» sərgisində "Special Award"a ( «Xüsusi Mükafat» - ikinci yer) layiq görülüb. Trend-in məlumatına görə, Azərbaycanla yanaşı, bu mükafatı Turkiyə, BƏƏ, Belçika, Sinqapur və Niderland alıb. Birinci yer üzrə mükafatı isə Qətər, Böyük Britaniya, Almaniya və Yaponiya əldə edib. Qeyd edək ki, «Pekin Ekxpo 2019» sərgisi aprelin 29-dan oktyabrın 7-dək davam edib.