Bu rayonlarda qaz kəsilib - Xətlər zədələnib (FOTO)


Digərləri 08 Okt 2019 15:38:55 260 0

Bu rayonlarda qaz kəsilib - Xətlər zədələnib (FOTO)

Tərtər və Bərdə rayonlarında avtomobillərlə 3 yerdə qaz xətlərini zədələyiblər.

Bakı. Tərtər və Bərdə rayonlarında avtomobillərlə 3 yerdə qaz xətlərini zədələyiblər. "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Tərtər rayonunun Nəsimi küçəsində diametri 76 mm olan qaz xəttinin avtomobillə vurulması səbəbindən bu gün saat 12:55-dən 380 abonentin qaz təchizatı dayandırılıb. Rayonun Cəmilli kəndində isə 50 mm diametrində siyirtməni avtomobillə vurub qırıblar.