"Bu posta qarşıya qoyulan məqsədlərə daha tez çatmağa nail ola biləcək bir namizəd irəli sürülüb"


Digərləri 08 Okt 2019 14:52:00 298 0

"Bu posta qarşıya qoyulan məqsədlərə daha tez çatmağa nail ola biləcək bir namizəd irəli sürülüb"

Yeni Baş nazirimiz ölkə Prezidentinin rəhbərliyi altında yürüdülən sosial iqtisadi islahatların daha səmərəli həyata keçirilməsinə öz töhfəsini verəcək.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, dövlətin idarəçiliyinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması üçün kadr sahəsində uğurlu islahatlar aparılır və bu, bundan sonra da davam etdiriləcək:

"Azərbaycanın yeni Baş naziri vəzifəsinə Əli Əsədovun təyinatı Prezient İlham Əliyevin səlahiyyətlərinə daxildir. Prezident ölkədə aparılan islahatları nəzərə alaraq, bu posta qarşıya qoyulan məqsədlərə daha tez çatmağa nail ola biləcək bir namizəd irəli sürüb. Milli Məclis də bu təyinata razılıq verib. Bundan əvvəl də biz Prezidentin apardığı kadr siyasətinin uğurlu olmasının şahidi olmuşuq. Əminəm ki, Yeni Baş nazirimizin enerjili olması daha fəal işləməsinə kömək edəcək. Bu gün ölkəmizdə geniş islahatlar həyata keçirilir. Bu islahatlar onun rəhbərliyi altında daha da genişlənərək yeni sahələri əhatə edəcək".

Qeyd edək ki, Novruz Məmmədov Azərbaycanın Baş naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Hidayət oğlu Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılığın verilməsi barədə qərar qəbul edilib.