Ana azyaşlı qızını evdə qoyub qaçdı FOTO


Dünya 08 Okt 2019 15:08:00 309 0

Ana azyaşlı qızını evdə qoyub qaçdı  FOTO

Başqırdıstanda 21 yaşlı Angelika Safiullina müəmmalı şəraitdə yoxa çıxıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, günorta saat 4-də Kalkanovo kəndindəki evini tərk edən qadın bir daha geri qayıtmayıb.

Bu barədə məlumatı "Bash News" nəşri yayıb.

O, evdən çıxarkən azyaşlı qızını evdə qoyub.

Axşam saatlarında itkin düşən qadının yaxınları həyəcan siqnalı çalıblar. Kəndlilər və könüllülər gənc ananın axtarışına çıxıb. Müstəqil axtarışlardan əlavə, qohumlar kömək üçün hüquq mühafizə orqanlarına da müraciət ediblər.