Federer “Tokio 2020” Olimpiadasında iştirak edəcəyini açıqladı


İdman 08 Okt 2019 14:43:00 269 0

Federer “Tokio 2020” Olimpiadasında iştirak edəcəyini açıqladı

İsveçrəli tennisçi, 20 dəfə “Böyük dəbilqə” turnirlərinin qalibi Rojer Federer “Tokio 2020” Yay Olimpiya Oyunlarında iştirak edəcəyini açıqlayıb.

Goal.az Beynəlxalq Olimpiya Komitəsinin saytına istinadla xəbər verir ki, 38 yaşlı idmançı beynəlxalq qurumun televiziya kanalına verdiyi müsahibəsində bu barədə məlumat verib.

“Dizimdəki zədə səbəbindən “Rio 2016” Olimpiadasında şansımdan istifadə edə bilmədim. “Tokio 2020” Olimpiadasında iştirak etməyi çox istəyirəm. Bunu zaman göstərər. Bundan sonra hadisələrin necə cərəyan edəcəyini bilmirəm. İşlər istədiyim kimi gedərsə Olimpiadada iştirak edəcəyəm”, - deyə R.Federer bildirib.

Qeyd edək ki, isveçrəli tennisçi “Pekin 2008” Olimpiadasında cütlüklərin yarışında Stan Vavrinka ilə birlikdə Olimpiya çempionu adına layiq görülüb. O, “London 2012” Olimpiadasında isə fərdi yarışlarda ingiltərəli Andrey Murreyə uduzaraq gümüş medalla kifayətlənməli olub.