Deputat: "Məişət zorakılığına qarşı hər kəs mübarizə aparmalıdır"


Digərləri 08 Okt 2019 14:36:00 230 0

Deputat: "Məişət zorakılığına qarşı hər kəs mübarizə aparmalıdır"

Məişət zorakılığına qarşı siyasilər deyil, hər kəs mübarizə aparmalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən plenar iclasında deyib:

"Özünü ana müxalifət adlandıran partiyanın üzvünün ailəsində uzun illərdir ki, problemin olduğu aşkara çıxdı. Nə qədər ki, cəmiyyətdə bu cür hadisələrə biganəlik olacaq, belə hadisələr davam edəcək".

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında 14 məsələ müzakirəyə çıxarılıb. Onlardan biri də "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi olub.