Bakıda ağır qəza "VAZ 2106"dakı yazı


Digərləri 08 Okt 2019 14:23:00 787 0

Bakıda ağır qəza  "VAZ 2106"dakı yazı

Bakıda ağır yol qəzası baş verib.

Son.az xəbər verir ki, Sabunçu rayonu Balaxanı qəsəbəsində 10 RM 526 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil "Opel Astra" markalı digər avtomobillə toqquşub. Nəticədə sürücülər ağır xəsrət alıb və hadisə yerindən keçən şəxslərin köməkliyi ilə Sabunçu xəstəxanasına aparılıblar.

Qəzaya düşən avtomobillərdən "VAZ 2106"nın üzərinə yazılan "XULİQANSKİ" sözü diqqətdən yayınmayıb.

Hadisə yerinə yol polisi əməkdaşları gəlib. Araşdırma aparılır. /publika.az