Gələn ildən Çinin daha bir şəhərindən Bakıya aviauçuşlar həyata keçiriləcək


Digərləri 08 Okt 2019 14:21:42 202 0

Gələn ildən Çinin daha bir şəhərindən Bakıya aviauçuşlar həyata keçiriləcək

Növbəti ildən Çinin daha bir şəhərindən də Bakıya uçuşların həyata keçirilməsi planlaşdırılır.

Bakı. İlhamə İsabalayeva - Növbəti ildən Pekindən başqa, Çinin daha bir şəhərindən də Bakıya uçuşların həyata keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bunu “Azərbaycan Hava Yolları”nın (AZAL) Çindəki rəsmi nümayəndəsi “ETI Holidays” şirkətinin baş icraçı direktoru Guo Dongje deyib. Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib ki, 2018-ci ildə Çindən Azərbaycana 13 min nəfər gəlib. Onun sözlərinə görə, yalnız bu ilin sentyabr ayının sonunadək bu say 20 min nəfər təşkil edib. F.Zenqstşmid hesab edir ki, bu say yaxın gələcəkdə dəfələrlə artacaq. Qeyd edək ki, Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları”nın (AZAL) Çindəki rəsmi nümayəndəsi “ETI Holidays” şirkəti çinli subagentlər üçün birgə təlimlər keçirəcəklər.