Paşinyan bir aydır təyin etdiyi müşavirini qovdu


Dünya 08 Okt 2019 13:51:00 241 0

Paşinyan bir aydır təyin etdiyi müşavirini qovdu

Ermənistanın baş naziri Nikol Paşinyan özünə müşavir təyin etdikdən bir aydan az müddət sonra vəzifədən azad edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Ermənistan polisinin sabiq rəisi Valeri Osipyan müşavir vəzifəsindən azad edilib.

Bu ayın əvvəlində V.Osipyanın istefa ərizəsi yazdığı məlumatı yayılsa da, Ermənistan hökuməti bu xəbəri təkzib etmişdi.

Ötən ay ölkə prezidenti Armen Sarkisyan N.Paşinyanın təklifi ilə V.Osipyanı və Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanı vəzifədən azad etmişdi.