Deputat: Məişət zorakılığına qarşı hər kəs mübarizə aparmalıdır


Digərləri 08 Okt 2019 13:10:00 265 0

Deputat: Məişət zorakılığına qarşı hər kəs mübarizə aparmalıdır

Məişət zorakılığına qarşı siyasilər deyil, hər kəs mübarizə aparmalıdır.

Bakı. İlhamə İsabalayeva - Məişət zorakılığına qarşı siyasilər deyil, hər kəs mübarizə aparmalıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən plenar iclasında deyib: "Özünü ana müxalifət adlandıran partiyanın üzvünün ailəsində uzun illərdir ki, problemin olduğu aşkara çıxdı. Nə qədər ki, cəmiyyətdə bu cür hadisələrə biganəlik olacaq, belə hadisələr davam edəcək”.