Qaxda güclü partlayış: 5 nəfər xəsarət aldı,


Digərləri 08 Okt 2019 12:14:09 252 0

Qaxda güclü partlayış: 5 nəfər xəsarət aldı,

Qax rayonunda partlayış baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, partlayış rayon mərkəzində qeydə alınıb. Hadisədə 5 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mərkəzi Xəstəxanaya çatıdırlıb.

Onlar 1993-cü il təvəllüdlü Zeynalaşvili Cemali Rato oğlu, 1955-ci il təvəllüdlü Zeynalaşvilli Rato Sard oğlu, 2004-cü il təvəllüdlü Sataşvilli Beka Zaza oğlu, 1998-ci il təvəllüdlü Sataşvilli Nizavi Zaza oğlu və 1980-cı il təvəllüdlü Nuruşvili Tamazi Napoleon oğludur.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, Sataşvilli Nizavi Zaza oğlunun vəziyyəti ağırdır.