Əqli Mülkiyyət Agentliyi ölkəmizin innovasiya sahəsində reytiqinin hesablanması sahəsində ÜƏMT ilə əməkdaşıq edəcək (FOTO)


Digərləri 08 Okt 2019 11:57:00 217 0

Əqli Mülkiyyət Agentliyi ölkəmizin innovasiya sahəsində reytiqinin hesablanması sahəsində ÜƏMT ilə əməkdaşıq edəcək (FOTO)

Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov ÜƏMT-nın İqtisadiyyat və Statistika bölməsinin baş iqtisadçısı Saşa Vunş-Vincent ilə görüşüb.

Bakı. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının Cenevrə şəhərində keçirilən 59-cu sessiyasında iştirak edir. Həmin tədbir çərçivəsində Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov ÜƏMT-nın İqtisadiyyat və Statistika bölməsinin baş iqtisadçısı Saşa Vunş-Vincent ilə görüşüb. S.Tapdıqov dayanıqlı və rəqabətqabiliyyətli milli iqtisadiyyatın qurulması məqsədi ilə ölkə rəhbərliyinin həyata keçirdiyi geniş islahatlar proqramı, bu islahatların real faydalar verməsi barədə danışmış, onların sistemli şəkildə uzunmüddətli perspektivə tuşlandığını bildirmişdir. Ölkədə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan bəhs edən Agentliyin rəsmisi qeyd etmişdir ki, bunun nəticəsində sahibkarlığın inkişafına mənfi təsirlər aradan götürülür, inzibati amillər effektiv idarəçiliyi təmin edəcək səviyyəyə qədər minimallaşdırılır, ardıcıl olaraq iqtisadi tənzimləmə mexanizmləri, o cümlədən daha sadə və transparent vergi siyasəti vasitəsilə tətbiq edilir. S.Tapdıqovun sözlərinə görə, bu siyasətin nəticələri o cümlədən beynəlxalq reytinqlərdə əks olunur. Bununla yanaşı, o bildirmişdir ki, bəzən belə reytinqlərin qiymətləndirmə metodologiyalarının, onların hansı mənbələrə, meyarlara və göstəricilərə əsasən hazırlanması təəccüb doğurur. Bu mənada S.Tapdıqov diqqəti cari il nəşr olunmuş Qlobal İnnovasiya İndeksi – 2019” hesabatına yönəltmişdir. Belə ki, həmin hesabatda Azərbaycan ilə bağlı məlumatlar reallığı tam düzgün əks etdirməmiş, bəzi indekslərdə kəskin fərqlər olduğu açıq görünməkdədir. Öz növbəsində, S.Vunş-Vincent Azərbaycanın bu hesabata diqqətlə yanaşmasını yüksək qiymətləndirib və növbəti hesabatın hazırlanmasında məlumatların dürust mənbələrdən əldə edilməsi üçün əməkdaşlığın vacib olduğunu bildirib. O, ilkin olaraq Azərbaycanın innovativ inkişaf sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri ilə video konfransın keçirilməsinı, daha sonra isə Bakıda bu mövzuda dəyirmi masanın təşkil olunmasını təklif edib.