Qaxda güclü partlayış - 5 nəfər xəsarət aldı, 1-nin vəziyyəti ağırdır


Digərləri 08 Okt 2019 11:50:03 229 0

Qaxda güclü partlayış - 5 nəfər xəsarət aldı, 1-nin vəziyyəti ağırdır

Qax rayonunda partlayış hadisə baş verib.

Bakı. Ceyhun Ələkbərov - Qax rayonunda partlayış baş verib. Trend-in məlumatına görə, partlayış rayon mərkəzində qeydə alınıb. Hadisədə 5 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mərkəzi Xəstəxanaya çatıdırlıblar. Onlar 1993-cü il təvəllüdlü Zeynalaşvili Cemali Rato oğlu, 1955-ci il təvəllüdlü Zeynalaşvilli Rato Sard oğlu, 2004-cü il təvəllüdlü Sataşvilli Beka Zaza oğlu, 1998-ci il təvəllüdlü Sataşvilli Nizavi Zaza oğlu və 1980-cı il təvəllüdlü Nuruşvili Tamazi Napoleon oğludur.