Bakı Ali Neft Məktəbində növbəti dəfə TEDxBHOS konfransı keçiriləcək


Digərləri 08 Okt 2019 11:29:35 246 0

Bakı Ali Neft Məktəbində növbəti dəfə TEDxBHOS konfransı keçiriləcək

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə 12 oktyabrda Ali Məktəbin Konqres zalında TedxBHOS konfransı keçiriləcək.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə 12 oktyabrda Ali Məktəbin Konqres zalında TedxBHOS konfransı keçiriləcək. Konfransın əsas məqsədi cəmiyyətin müsbət mənada düşüncə tərzini dəyişdirmək, onların fikirlərini yaxşıya doğru inkişaf etdirməkdir. Bununla yanaşı, konfrans tələbələrə, eləcə də yerli ictimaiyyətə zamanını daha səmərəli bölmək, faydalı çıxışlar vasitəsi ilə təsirli və yenilikçi fikirləri olan yeni insanları tanımaq fürsəti yaradacaq. Builki konfransda müxtəlif sahələri təmsil edən 6 spiker “Praqmatizm” başlığı altında öz ideyalarını iştirakçılarla bölüşəcəklər. TED Yayılmağa Dəyər Fikirlərə həsr olunmuş qeyri-kommersiya təşkilatıdır. İdeya ilk dəfə ABŞ-da 1984-cü ildə yaranıb. İldə iki dəfə keçirilən TED hər il dünyanın müxtəlif ölkələrindən, müxtəlif sahələrin insanlarını qlobal konfransda maksimum 18 dəqiqəlik çıxışlara dəvət edir və önəmli, paylaşılmağa dəyər ideyaları natiqlər vasitəsilə dünyaya çatdırır.