Bakıda Azərbaycan, Rusiya və Türkiyə arasında siyasət, iqtisadiyyat və təhlükəsizlik məsələləri müzakirə olunur


Digərləri 08 Okt 2019 11:22:00 219 0

Bakıda Azərbaycan, Rusiya və Türkiyə arasında siyasət, iqtisadiyyat və təhlükəsizlik məsələləri müzakirə olunur

Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində aparıcı ekspertlər, diplomatlar, akademik, işgüzar dairələrin və mətbuat nümayəndələrinin iştirakı ilə “Azərbaycan-Rusiya-Türkiyə: siyasi dialoq, iqtisadiyyat, təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakı. Mətanət Nəsibova - 2019-cu il oktyabrın 8-də Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində aparıcı ekspertlər, diplomatlar, akademik, işgüzar dairələrin və mətbuat nümayəndələrinin iştirakı ilə “Azərbaycan-Rusiya-Türkiyə: siyasi dialoq, iqtisadiyyat, təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans keçirilir. “Azərbaycan-Rusiya-Türkiyə” beynəlxalq ictimai platformasının yaradılması üç ölkənin iqtisadi əməkdaşlığı, nəqliyyat-energetika layihələrinin inkişafı və regional təhlükəsizliyin təmin olunması üçün yeni imkanlar açan konstruktiv siyasi dialoqun nəticəsidir. Yaxın Şərq ölkələrində, Qafqazda, Xəzər-Qara dəniz regionunda baş verən hadisələr Azərbaycan, Rusiya və Türkiyəni üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə vadar edir. Bakıdakı konfrans əvvəllər Sankt-Peterburq və Ankarada baş tutmuş, mətbuatda böyük əks-səda doğurmuş və hər üç ölkənin ictimaiyyətləri səviyyəsində yüksək qiymət almış üçtərəfli formatda ekspert görüşlərinin davamıdır. Bu tədbirdə Azərbaycan, Rusiya və Türkiyədən aparıcı ekspertlərin üçtərəfli formatda əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı görüşlərini açıqlayacağı, eləcə də mövcud problemlərin həlli üçün tövsiyələrini verəcəyi gözlənilir. Konfransın təşkilatçıları “Baku Network” Beynəlxalq Ekspert Şurası (Azərbaycan), Müasir Türkiyənin Tədqiqi Mərkəzi (Rusiya), Rusiya Araşdırmaları İnstitutudur (Türkiyə). Tədbir Prezident Qrantları Fondunun dəstəyi ilə keçirilir. Keçirilmə yeri: Trend Beynəlxalq İnformasiya Agentliyi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin