Vidadi Muradov: Ulu öndərimiz SSRİ-də ən böyük yun emalı zavodunu tikdirmişdi, Prezident İlham Əliyev də dünyada analoqu olmayan Yunəyrici-Boyaq Fabriki yaradıb


Digərləri 08 Okt 2019 10:25:00 204 0

Vidadi Muradov: Ulu öndərimiz SSRİ-də ən böyük yun emalı zavodunu tikdirmişdi, Prezident İlham Əliyev də dünyada analoqu olmayan Yunəyrici-Boyaq Fabriki yaradıb

Qədim sənətimiz olan xalçaçılığın qorunması, inkişafı və kütləvi xalça istehsalının təmin edilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqımız qarşısındakı mühüm tarixi xidmətərindən biridir.

Bakı. Qədim sənətimiz olan xalçaçılığın qorunması, inkişafı və kütləvi xalça istehsalının təmin edilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqımız qarşısındakı mühüm tarixi xidmətərindən biridir. Ölkə rəhbəri belə tədbirləri həyata keçirməklə milli dəyərlərimizə sahib çıxdığını bütün dünyaya nümayiş etdirib, milli ənənələrlə modernizmi birləşdirən mükəmməl bir dövlət modeli yaradıb. Tarixi ənənələrə söykənən yeni inkişaf konsepsiyasında xalçaçılıq sənətinin özünəməxsus yeri vardır. Son illər fəaliyyətə başlayan xalça istehsalı emalatxanalarının xammalla təmin edilməsi məqsədilə də mühüm tədbirlər həyata keçirilib. Bunu Trend-ə açıqlamasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov deyib. İdarə Heyətinin sədri bildirib ki, Prezident İlham Əliyevin bu sahədəki fəaliyyəti ulu öndərimiz Heydər Əliyevin başlatdığı işlərin davamıdır. Ümummilli liderimizin qayğısı ilə XX əsrin 70-80-ci illərində respublikamızın müxtəlif bölgələrində xalça emalatxanaları, 1978-ci ildə isə Yevlax rayonunda SSRİ məkanında ən böyük yun emalı zavodu istifadəyə verilmişdi. Bu, o dövrdə xalçaçılıqla yanaşı, kənd təsərrüfatının inkişafına da çox böyük təsir göstərmişdi. Təssüflər olsun ki, XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının səriştəsizliyi, yarıtmaz fəaliyyəti nəticəsində iqtisadiyyat iflic vəziyyətinə salınmışdı. Azərbaycan iqtisadiyyatının əhəmiyyətli bir sahəsi olan xalçaçılıq sənayesi də dağıdılmış, Yevlaxdakı yunun ilkin emalı zavodu öz fəaliyyətini dayandırmışdı. Bu gün Prezident İlham Əliyev vaxtilə ulu öndərimizin qurduğu, müstəqilliyin ilk illərində hakimiyyətdə olan dağıdıcı ünsürlərin məhv etdiyi sahələri bir-bir bərpa edir. Görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizdə SSRİ-də ən böyük yun emalı müəssisəsini tikdirmişdisə, Prezident İlham Əliyev də Azərbaycanda dünyada analoqu olmayan ən böyük Yunəyrici-Boyaq Fabrikini yaradıb. Vidadi Muradov Prezident İlham Əliyevin 2017-ci ilin aprel ayında Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki çıxışını xatarladıb: “Ölkə rəhbəri həmin müşavirədə yun tədarükü probleminə toxunaraq demişdi: "Yun tədarükü məsələlərinə əvvəlki illərdə o qədər də böyük diqqət göstərilmirdi. Məndə olan məlumata görə, bizim cəmi bir fərli-başlı tədarük məntəqəmiz olub. Bizim bütün bölgələrimizdə yun tədarükü təşkil edilməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanda böyük yun fabriki də yaradılsın. Bu sahəyə də ciddi diqqət göstərilməlidir. Bu, fermerlərə əlavə qazanc mənbəyi olacaq, ölkəyə isə valyuta gələcək". İdarə Heyətinin sədri deyib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti bu istiqamətdə müvafiq tədbirlər həyata keçirib. Prezidentin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında 2017-ci ilin dekabr ayının 15-də təməli qoyulan Yunəyrici-Boyaq Fabrikinin tikintisi artıq başa çatdırılıb. Hazırda fabrikdə Türkiyə, Almaniya, Fransa, İtaliya və Yeni Zelandiya istehsalı olan avadanlıqlar quraşdırılır. Yunəyrici-Boyaq Fabrikinin 2020-ci ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulub. Bu fabrikdə təmiz yun, təbii və kimyəvi boyalarla boyanmış yun iplik istehsal ediləcək. Fabrik fəaliyyətə başladıqdan sonra republikanın xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır. Bu müəssisədə ildə 1500 ton yun emal ediləcək. Fabrikin iplik istehsalı gücü birnövbəli iş rejimində ildə 250 tondur. Fabrikdə istehsal olunacaq iplik nəinki daxili tələbatı ödəyəcək, eyni zamanda ixrac imkanı da yaradacaqdır. Burada istehsal ediləcək təmiz yun isə xammal kimi satışa çıxarılacaq. Bu istiqamətdə araşdırmalar aparılıb, hansı ölkələrdə belə xammala tələbatın olduğu müəyyənləşdirilib.