Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat - 4 nəfər saxlanıldı (FOTO)


Digərləri 08 Okt 2019 10:10:00 249 0

Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat - 4 nəfər saxlanıldı (FOTO)

Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Bakı. Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər Binəqədi qəsəbəsi sakinləri məhkum olunmuşlar Yusif Allahverdiyev, Nicat Novruzlu, Elçin Həsənov və Heybət Abbasov saxlanılıblar. Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.