"Sehrli xalat" filmindəki uşaq 69 yaşında FOTO


Kriminal 08 Okt 2019 10:04:00 260 0

"Sehrli xalat" filmindəki uşaq 69 yaşında  FOTO

"Sehrli xalat" filminin Eldarının illər sonra fotosu yayılıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, fotonu Azərbaycan kinolarının bilicisi Mahir Məmmədov sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, "Sehrli xalat" filmi 1964-cü ildə Əlisəttar Atakişiyevin rejissorluğu ilə çəkilib.

Görkəmli kino işçisi, ssenarist Yusif Mansur oğlu Şeyxov isə 1951-ci il fevralın 2-də Bakıda anadan olub. 1970 - 75-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti kimi yaradıcılıq fəaliyyətinə başlayıb. Sonralar Dövlət Kinematoqrafiya Komitəsində, "Azərprokat", "Azərkinovideo" İB, Mədəniyyət Nazirliyində məsul vəzifələrdə çalışıb.

"Qobustan", "Portret", "Tokay Məmmədov, "Dua" və s. sənədli, "Qızıl", "İt sərgisi" cizgi, eləcə də "Arxada qalmış gələcək" bədii filminin ssenari müəllifidir.