TANAP marşrutu üzərindəki şəhər, qəsəbə və kəndlərdə 1000 layihə dəstəklənib


Digərləri 08 Okt 2019 10:03:00 269 0

TANAP marşrutu üzərindəki şəhər, qəsəbə və kəndlərdə 1000 layihə dəstəklənib

TANAP marşrutu üzərindəki şəhər, qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və təbii ehtiyatların qorunması məqsədilə 1000 layihə dəstəklənib.

İstanbul. Elçin Mehdiyev – TANAP marşrutu üzərindəki şəhər, qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və təbii ehtiyatların qorunması məqsədilə 1000 layihə dəstəklənib. Trend-in məlumatına görə, bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. O bildirib ki, bunun üçün üç müxtəlif maliyyə mexanizmi tətbiq edilib: “Birbaşa qrant, birbaşa və proqram töhfə vəsaitləri ilə ümumilikdə 20 şəhər, 67 qəsəbə və 600 kənddə 1000 layihə həyata keçirilib”.