Avropa keyfiyyətli Azərbaycan brendi Chemodanazla yola!


Digərləri 08 Okt 2019 09:45:00 273 0

Avropa keyfiyyətli Azərbaycan brendi  Chemodanazla yola!

Bu yaxınlarda Bakıda yeni mağazanın açılışı olub. Həmin mağazanın adı da qeyri-adidir - Chemodanaz. Bu xüsusi mağazada geniş, yüngül və dəbdəbəli çamadanlar almaq olar. Gözəl çamadanlar aləmində sizə müxtəlif təkərli yol çantalarını, gündəlik çantalar, portfellər, portmonelər, yol aksesuarlarını və digər maraqlı təklifləri təqdim edəcəklər. Day.Az media şirkətinin əməkdaşı sözügedən yeni mağazada olub və Chemodanaz mağazasının yaranması barədə mağaza sahibi olan Ruslan Həsənzadə ilə söhbət edib.

Bu cür maraqlı mağazanın açılışı  ideyası sizdə necə yarandı?

2014-cü ildə Sankt-Peterburq şəhərində yaşayan dostum Rüfət Əsədullayeva zəng vurdum və orada bir iş görmək istədiyimi bildirdim. O, Sankt-Peterburq şəhərinə gəlməyi və yerində bir neçə işə baxmağa mənə təklif etdi. Mən bu təklifi qəbul edərək, Sankt-Peterburqa yola düşdüm. Orada Rüfətin qardaşı çamadanlarının elektron satışı ilə məşğul idi və onunla şərik olaraq birgə işləmək təklifi mənə verildi. Mən hardasa buna razı idim. Amma, biləndə ki, malı Moskva şəhərindən gedib almaq lazımdı, fikirləşdim ki, bu biznesin əsasını Moskvada qoyum. Məhz bunun üçün yollandım Russiyanın paytaxtına. İşin hərtərəfli araşdırılması üçün mən bir neçə vaxt Moskvada qalmalı oldum. Lakin, Bakı və evim üçün darıxdığıma görə bir müddət Bakıya gayıtdım. Bakıya qayıtdıqdan sonra isə bu işi Azərbaycanda açmağıma qərar verdim, çünki həmin vaxt Bakıda bü cür  xüsusiləşdirilmiş çamadan mağazası yox idi. Beləliklə, ilk olaraq internet mağazamı açdım,  bir ildən sonra isə Bakıda çamadanların və çantaların satışı üzrə birinci xüsusi mağazamı təqdim etdim.

Bildiyim qədər Chemodanaz sizin məhsulunuzdu?  

Bəli. Hər şey internet mağazasının açılışından başladı və brendin əsasını qoyulması ilə də bitdi. Chemodanaz - yeni Azərbaycan brendi və çamadan markasıdı. Bizim çamadanlarımız Çində yerləşən müəssisəmizdə yüksək keyfiyyətlə istehsal olunur. Chemodanaz brendi Maltada patentləşdirilmişdir və rəsmi olaraq Avropa brendidi. Bir Azərbaycanlı kimi, xoşbəxtəm ki, təklif etdiyim məhsulumun yüksək keyfiyyətdə olmasına nail olmuşam. Yeri gəlmişkən, Chemodanaz brendinin yeni olmasına baxmayaraq, biz artıq brendin franşızasını satırıq.

Сhemodanaz səyahətçilərə nələr təklif edir?                              

- Dünyanın müxtəlif hava yolları ilə səyahət etmək üçün Сhemodanaz lazımı həcm və ölçüyə uyğun böyük çeşidli çamadan və çantalar təklif edir. Bunda əmin olmaq üçün hamını Bakıda yerləşən mağazamıza dəvət edirəm. Bizim mağaza Qutkaşenlı küçəsi 50 ünvanında yerləşir. Hal-hazırda çamadanlarımız 5 il zamənətlə satılır. Gələn 2020-ci ildən başlayaraq isə 7 və 10 il zamanət verə biləcəyimiz çamadanlarımız olacaq.    

(adsgarden = window.adsgarden || []).push({});