2019-cu ilin 9 ayında Energetika Nazirliyi tərəfindən 160 icazə verilib


Digərləri 08 Okt 2019 09:52:00 228 0

2019-cu ilin 9 ayında Energetika Nazirliyi tərəfindən 160 icazə verilib

Rüb ərzində 55 icazənin verilməsi 5 saylı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Bakı. 2019-cu ilin III rübü üzrə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 74 icazə verilib. Bu icazələrdən 62-i ixrac nəzarətinə düşən malların idxalı, 2-i ixrac nəzarətinə düşən malların ixracı, 10-u isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub. Rüb ərzində 55 icazənin verilməsi 5 saylı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib. Ümumilikdə 2019-cu ilin 9 ayı ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların ixracı, idxalı və tranziti üzrə 160 icazə verilib. Bunlardan 131-i ixrac nəzarətinə düşən malların idxalı, 4-ü ixrac nəzarətinə düşən malların ixracı, 25-i isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub. Hesabat dövründə 131 icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.