TANAP üzərindən Türkiyəyə daşınan qazın həcmi məlum oldu


Digərləri 08 Okt 2019 09:39:00 235 0

TANAP üzərindən Türkiyəyə daşınan qazın həcmi məlum oldu

2019-cu il sentyabr ayının sonuna qədər TANAP üzərindən Türkiyəyə 2.7 milyard kubmetr qaz daşınıb.

İstanbul. Elçin Mehdiyev – 2019-cu il sentyabr ayının sonuna qədər TANAP üzərindən Türkiyəyə 2.7 milyard kubmetr qaz daşınıb. Trend-in məlumatına görə, bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. O qeyd edib ki, yekun investisiya qərarı qəbul ediləndə ümumi xərcləri 11.7 milyard dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində 45% qənaətə nail olunub və layihəyə 6.5 milyard dollar sərmayə yatırılıb.