Canavar 4 nəfəri xəstəxanalıq etdi


Digərləri 08 Okt 2019 09:45:00 425 0

Canavar 4 nəfəri xəstəxanalıq etdi

Rusiyanın Stavropol diyarında canavar hücumu nəticəsində 4 nəfər xəsarət alıb

Bakı. Rusiyanın Stavropol diyarında canavar sakinlərə hücum edib. Trend-in məlumatına görə, yırtıcının hücumu nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlardan 3 nəfərin kişi, 1 nəfərin qadın olduğu bildirilir. Onlar xəstəxanaya yerləşdirilib, müvafiq müalicələri davam etdirilir. Onların həyatlarına təhlükə olmadığı deyilir. Hazırda mütəxəssislər insanlara hücum etmiş canavarı axtarırlar.