Twitterin iOS versiyasına çoxdan gözlənilən bir xüsusiyyət əlavə edildi


Digərləri 08 Okt 2019 08:41:00 261 0

Twitterin iOS versiyasına çoxdan gözlənilən bir xüsusiyyət əlavə edildi

Twitter tətbiqetməsinin mesajlar bölməsində istədiyiniz mesajı tapmaq üçün çox səy göstərmək lazım idi. Twitter, iOS istifadəçiləri üçün mesajlar bölməsinə bir axtarış düyməsini əlavə etdi.

Son.az chip.az-a istinadən bildirir ki, Twitter, avqust ayından bəri yeniləmələrlə qarşımızdadır. Xatırlamaq və ya axtarmaq istədiyiniz mesajları tapmaq üçün uzun səylərdən keçməyəcəksiniz. Yalnız klaviaturada tapmaq istədiyiniz sözü yazmağınız kifayət edəcək.

Yeniləmənin indi Android istifadəçilərinə nə zaman gələcəyi barədə dəqiq bir məlumat yoxdur, ancaq bir platformadan yeniləmə çox vaxt olmadan digər platformaya əlavə olunur. Buna görə Android istifadəçiləri tezliklə bu xüsusiyyətdən istifadə edə biləcəklər.

(adsgarden = window.adsgarden || []).push({});