Deputatlar bu gün toplaşır - 13 məsələ gündəmdə


Digərləri 08 Okt 2019 09:05:00 200 0

Deputatlar bu gün toplaşır - 13 məsələ gündəmdə

Azərbaycan Milli Məclisinin bu gün növbəti plenar iclası keçiriləcək.

Bakı. Azərbaycan Milli Məclisinin bu gün növbəti plenar iclası keçiriləcək. Trend-in məlumatına görə, iclasın gündəliyinə 13 məsələ daxildir. Bunlar "Dövlət rüsumu haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekuroslarının dövriyyəsi haqqında", "Lisenziyalar və icazələr haqqında", "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası haqqında" və s. qanunlara, eləcə də İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişiklik layihələridir. Layihələr II və III oxunuşda müzakirə ediləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin