İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib


Dünya 08 Okt 2019 08:48:00 222 0

İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında Qara bölgədəki PKK obyektlərinə zərbələr endirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, əməliyyatda pilotsuz uçuş aparatları da iştirak edib.

Hava zərbələri nəticəsində terror təşkilatının 3 silahlısı zərərsizləşdirilib.