ABŞ KXDR ilə denuklearizasiya ilə bağlı danışıqları bərpa etməyə hazırdır


Digərləri 08 Okt 2019 08:46:17 220 0

ABŞ KXDR ilə denuklearizasiya ilə bağlı danışıqları bərpa etməyə hazırdır

ABŞ Dövlət Departamenti KXDR-in yaxın həftələrdə denuklearizasiya dialoqunun davam etdirilməsi barədə qərar verməsinə ümid edir

Bakı. ABŞ Dövlət Departamenti KXDR-in yaxın həftələrdə denuklearizasiya dialoqunun davam etdirilməsi barədə qərar verməsinə ümid edir. Trend-in məlumatına görə, Vaşinqtonun danışıqları bərpa etməyə hazır olduğu bildirilir: ABŞ-ın tərksilah konfransındakı daimi nümayəndəsi Robert Vud qeyd edib ki, ABŞ danışıqları davam etdirmək üçün Stokholma qayıtmağa hazırdı. Qeyd edək ki, KXDR-in xüsusi tapşırıqlar üzrə səfiri Kim Myon Qilin rəhbərlik etdiyi nümayəndə heyəti və ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqanın rəhbərlik etdiyi nümayəndə heyəti Stokholmda rəsmi işgüzar görüşlər keçirib.