Türkiyə Suriyanın şimalında SDF bazasına zərbələr endirib


Dünya 08 Okt 2019 08:33:00 292 0

Türkiyə Suriyanın şimalında SDF bazasına zərbələr endirib

Türkiyə aviasiyası Suriya Demokratik Qüvvələrinin (SDF) Haseke vilayətindəki bazasına zərbələr endirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "al-Mayadeen" telekanalı bildirib.

Məlumata əsasən, Türk təyyarələri Suriyanın şimal-şərqindəki Haseke vilayətindəki Əl-Malikiya şəhəri ətrafında kürd qüvvələrinin qərargahına hücum edib.

Zərbələr nəticəsində qurbanlar barədə məlumat verilməyib.