Dünyanın ilk esport yarış arenasının açılış tarixi bəlli oldu VİDEO


Digərləri 08 Okt 2019 08:21:00 256 0

Dünyanın ilk esport yarış arenasının açılış tarixi bəlli oldu  VİDEO

ABŞ-ın Florida ştatı dünyanın ilk e-sport (elektron idman) yarış salonuna ev sahibliyi edəcək. 2020-ci ildə qapılarını açacaq arena 12000 kvadratmetr ərazidə inşa edilir.

Chip.az xəbər verir ki, Kanadada yerləşən Millennial E-sports tərəfindən inşa edilən Allinsports Arena, dünyanın ilk e-sport yarış salonu ünvanına sahibdir. Florida ştatının Mayami şəhərində yerləşəcək salon 2020-ci ilin əvvəllərində istifadəyə buraxılacaq. E-sport yarış salonunun inşa edilməsi 2.8 milyon dollar büdcə ilə ərsəyə gələcək. Belə ki, Allinsports Arena-da böyük peşəkar yarışları simulyasiya edən tam ölçülü yarış simulyatoru və 30 ayrı yarış simulatoru yer alacaq.

Formula 1 kimi yarış oyunları salonlara köçürüləcək:

Dünyadakı ilk e-spor yarış salonu olan Allinsports Arena, Millennial E-sport-un qurmağı planlaşdırdığı çoxsaylı e-sport sahələrindən biridir. Şirkət, idman salonlarının yerli və beynəlxalq yarış idman yarışlarında istifadəsini istəyir. Salonda korporativ tədbirlər ilə yanaşı həvəskar və peşəkar sürücülük təlimləri də keçiriləcəkdir.

(adsgarden = window.adsgarden || []).push({});