Chrome brauzerində TLS 1.0 ilə TLS 1.1 protokollarının dəstəkləri dayandırılacaq


Digərləri 08 Okt 2019 08:15:00 236 0

Chrome brauzerində TLS 1.0 ilə TLS 1.1 protokollarının dəstəkləri dayandırılacaq

Firefox-da olduğu kimi Chrome-da da TLS 1.0 və TLS 1.1 protokollarının dəstəklərinin dayandırılması planlaşdırılır. Belə ki, həmin protokollar IETF (Internet Engineering Task Force) təşkilatı tərəfindən artıq köhnəlmiş və onlardan istifadənin qeyri təhlükəsiz olduğu hesab edilir.

Son.az technote.az-a istinadən bildirir ki, TLS 1.0 və TLS 1.1-in dəstəyinin dayandırılması Chrome 81-də reallaşdırılacaq. Chrome 81-in isə 17 mart 2020-ci ildə işıq üzü görəcəyi planlaşdırılır. Bu barədə Opennet.ru saytı xəbər verib. Google şirkətinin məlumatlarına əsasən hal hazırda olan veb səhifə yüklənmələrinin 0.5%-i köhnəlmiş TLS versiyalarının vasitəsilə reallaşdırılır.

(adsgarden = window.adsgarden || []).push({});